Haqqımızda

Haqqımızda

Sizin etibarlı hüquqi tərəfdaşınız

PM LEGAL şirkəti tanınmış hüquqşünas ekspert, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Pərviz Məmmədov tərəfindən yaradılmışdır.

Şirkət 10 ilə yaxındır ki, hüquqi şəxslərə və şirkət sahiblərinə peşəkar hüquq xidmətləri təqdim edir. Şirkət fəaliyyət istiqamətlərinə uyğun olaraq bir sıra xarici şirkətlərin Azərbaycan Respublikasında biznes fəaliyyətinə başlamasını təmin etmiş eləcə də sonrakı dövrdə onlara tam spketrli hüquqi dəstək göstərmişdir.

Eyni zamanda yerli bazarda fəaliyyət göstərən bir sıra iri şirkətlərə həm konsaltinq istiqaməti üzrə həm də mülki, kommersiya və inzibati mübahisələrin uğurlu həlli istiqamətində hüquqi dəstək xidmətləri təqdim edilmişdir.

PM Legal şirkəti hazırda 15-dən artıq yerli və xarici şirkətə onların fəaliyyət istiqamətlərinə uyğun olaraq biznes proseslərin hüquqi müşayiət edilməsində kömək göstərir. Eyni zamanda şirkət kommersiya və cinayət işləri üzrə də şirkətlərə preventiv və bilavasitə mübahisələr zamanı konsaltinq xidmətləri verir.

Vizyonumuz

Ədalətin və haqqın təminatında lider olmaq, müştərilərimizin hüquqlarını ən yüksək səviyyədə qoruyaraq, cəmiyyətin güvənini qazanmaq

Missiyamız

Peşəkar və keyfiyyətli hüquq xidmətləri təqdim edərək, müştərilərimizin mənafelərini hər zaman ön planda tutmaq.

Faktlar

Təcrübəmiz rəqəmlərin dili ilə

PM LEGAL olaraq, hüquq sahəsində qazandığımız uğurlar və müştərilərimizə təqdim etdiyimiz yüksək səviyyəli xidmətlər bizi daha da irəliyə aparır.

Hər bir nailiyyətimiz, hüquqi mübarizədə qazandığımız qələbələrin və müştərilərimizin məmnuniyyətinin bir göstəricisidir.

Hazırlanmış və imzalanması təmin edilmiş sənəd sayı

Ekspertiza edilmiş sənədlərin sayı

Ödətdirilmiş debitor borcların həcmi