Korporativ və kommersiya hüququ

Korporativ və kommersiya hüququ

Korporativ və kommersiya hüququ sahəsində biz şirkətlərin qurulması, idarə olunması və genişləndirilməsi üzrə tam hüquqi dəstək və xidmətlər göstəririk.
Müəssisə fəaliyyətinin hüquqi tənzimlənməsi, birləşmə və bölünmə, müəssisələrin yenidən qurulması üzrə xidmətlər təqdim edirik. Müqavilələrin tərtibatı, hüquqi rəyi və icrasına nəzarət edirik. Şirkətlərə lisenziyaların alınması və yenilənməsi üzrə hüquqi xidmətlər göstəririk. Əqli mülkiyyət hüquqlarının qorunması, patent, ticarət nişanı və müəllif hüquqları üzrə hüquqi dəstək veririk.
Bizim məqsədimiz müştərilərimizin biznes fəaliyyətini hüquqi müstəvidə təhlükəsiz və effektiv etməkdir.